Yağış gah yavaş, gah da güclü olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoro­logiya Xidmətinin məlumatına əsasən, dekabrın 13-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağa­cağı gözlənilir. 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 3-5°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq, nisbi rütubət 80-85 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağın­tılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° , gündüz 6-10° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.

Q.QASIMOV
XQ

Ekologiya