“ChatGPT” “tənbəlləşib”

post-img

“ChatGPT” çatbotunun istifadəçiləri süni intellektin “tənbəllik” əlamətlərini göstərməyə başladığından, sorğulara cavab verməkdən imtina etməsindən və ya daha ləng və onun az dəqiqliklə işləməsindən şikayətləniblər.

“OpenAI”nin tərtibatçıları prob­lemi təsdiqləyiblər, lakin bunun nə ilə əlaqəli olduğunu bilmirlər. Tər­tibatçılar iddia edirlər ki, sonuncu süni intellekt yenilənməsi noyabrın 11-də həyata keçirilib və şikayətlər yalnız bir müddət sonra gəlməyə başlayıb. Bu onu göstərir ki, çat­botun davranışındakı dəyişikliklər tərtibatçıların son hərəkətlərinin nəticəsi deyil və öz-özünə baş verir.

“Şirkət problemi həll etmək üçün fəal şəkildə həll yolları axtarır, lakin indiyə qədər effektiv üsul və ya ən azı müvəqqəti həll yolu tapılmayıb”.

XQ

Dünya