Azərbaycan vəkilləri “Siciliya Kuboku”nu qazandı

post-img

İtaliyanın Kataniya şəhərində keçirilmiş futbol üzrə “Siciliya Kuboku 2023”də uğurla çıxış edən Azərbaycan vəkilləri qızıl medal qazanıblar. 

Azərbaycan Respublikasının Vəkillər Kolle­giyasının üzvləri A qrupunda indoneziyalı həm­karlarına 7:2, İran kollektivinə isə 5:1 hesabı ilə qalib gəlsələr də, rumıniyalılara uduzub (5:1), xorvatlarla (2021 və 2022-ci ilin çempionları) heç-heçə (3:3) ediblər. Səkkizdəbir finalda brazi­liyalılara 2:3 hesabı ilə yenilən komandamız 1/4 mərhələyə keçə bilməyən ən yaxşı 4 komanda­dan biri olaraq “Siciliya Kuboku 2023” turnirində yarımfinal oyununa çıxıb.

Finala gedən yolda İtaliyanın “Criminal Law­yers” klubuna 5:0, həlledici matçda isə “Altra Lex”ə 2:1 hesabı ilə qalib gələn yığmamız qızıl medala sahib çıxıblar.

Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçiril­miş dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı. 

Leyla SABİRQIZI 
XQ

İdman