Çətirlərinizi götürün

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. 

Gecə 5-7°, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir ya­ğıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman ola­caq Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya