Taekvondoçumuzun Avropa bürüncü

post-img

Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından “XQ”yə bildiriblər ki, 46 kiloqram çəki dərəcəsin­də mübarizə aparan yığma üzvü ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Giulia Qalero (İtaliya) və Melina Ge­orgiouya (Yunanıstan) da qalib gələrək yarımfi­nala yüksəlib. Taekvondoçumuz bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatını 3-cü yerdə başa vurub. 

Leyla SABİRQIZI 
XQ

İdman