“Böyük dəbilqə”də 3 mükafat

post-img

Azərbaycan cüdoçuları Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük dəbilqə” turnirində 1-i qızıl olmaqla 3 medal qazanıblar. 

Komandamızın aktivinə qızıl medalı Hidayət Heydərov (73 kq) yazdırıb. Zelim Kotsoyev (100 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qa­zanıblar.

Azərbaycan millisi bu nəticə ilə komanda he­sabında 4-cü yeri tutub. 

Leyla SABİRQIZI 
XQ

İdman