Avarçəkənimiz Diana Dımçenko Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub.
Azərbaycan təmsilçisi qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4 min metr məsafəyə yürüşdə D.Dımçenkonun komandası finiş xəttinə hamıdan birinci çataraq çempionluğu qazanıb.
Qeyd edək ki, turnirdə 18 ölkədən 22 komandanın tərkibində 110 idmançı mübarizə aparır.
Leyla SABİRQIZI
XQ

