Avropa Ədalətli Oyunlar Hərəkatının Bakı Konqresi

post-img

Bakıda Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresi öz işinə başlayıb. 

Konqresdə iştirak etmək üçün Bakıda səfərdə olan hərəkatın rəsmiləri, üzv ölkələrin nümayəndələri, təşkilatçıları Fəxri Xiyabana gələrək xalqımızın Ulu öndəri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri düzüblər. Həmçinin Ümummilli liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb. 

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar. Nümayəndə heyəti  “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.  

Qeyd edək ki, konqres çərçivəsində Avropa Ədalətli Oyunlar “Qala mükafatlandırma”sı mərasimi olacaq. İştirakçılar Avropada və ölkəmizdə ədalətli oyunların təşviqi və hərəkatın inkişafındakı  xidmətlərinə görə təltif ediləcəklər. 

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan və “İdmanda irqçiliyin aradan qaldırılması üçün Ədalətli Oyun Təhsili” mövzusunu əhatə edəcək konqres iki gün davam edəcək.

L.QURBANOVA 
XQ

 

İdman