Yüksək Liqada növbəti oyunların təqvimi açıqlanıb

post-img

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib. XQ Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  ölkə çempionatının növbəti matçları noyabrın 22-də və 23-də təşkil olunacaq. 

Bildirilir ki, bu gün (22 noyabr) MOİK Yüksək Liqadakı növbəti matçında “Neftçi” ilə üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Noyabrın 23-də isə ilk olaraq meydana “Azərreyl” və “Murov Az Terminal” komandaları çıxacaq. Matç saat 16:00-da başlayacaq. Günün növbəti qarşılaşması isə “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları arasında olacaq. Saat 19:00-da başlayacaq bu oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Hər üç görüş GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq.

Yüksək Liqa (kişilər)

22.11.2023

18:00. MOİK - “Neftçi”

23.11.2023

16:00. “AZERRAIL” - “Murov Az Terminal”

19:00. “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”

 

Elçin ABBASOV

XQ

İdman