Üzgüçülük üzrə ölkə kubokunun sahibləri məlum oldu

post-img

Bakı Su İdmanı Sarayında keçirilən Azərbaycan Kubokunun qalibləri müəyyən olunub. 

XQ Azərbaycan Üzgüçülük Federasiyasının məlumatına istinadən xəbər verir ki, sprint növü üzrə qızlar arasında Fatimə Alkərəmova, oğlanlar arasında isə Ramil Vəlizadə ölkə kubokunun qalibi oldular. Stayer növü üzrə oğlanlar arasında Süleyman İsmayılzadə, qızlar arasında isə Kseniya Voronina qalib oldular. 

Bu yarışda Üzgüçülük üzrə yığma komandanın üzvü, 2008-ci il təvəllüdlü Anastasiya Boborokina ilk dəfə olaraq idman ustası normativini yerinə yetirib. Bundan başqa, milli komandanın üzvləri 11 yaşlı Orxan Əliyev və Məryəm Cavadova ilk dəfə idman ustalığına namizəd normativlərini yerinə yetiriblər. Həmçinin, yarışda fəal iştirak edən 58 könüllü və hakimlərə Üzgüçülük Federasiyası tərəfindən sertifikatlar təqdim edilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Bakı Su İdmanı Sarayının dəstəyi ilə keçirilən kubok uğrunda yarışlarda ilk pillənin qaliblərindən başqa, digər yaxşı nəticə göstərənlər də medal və diplomlarla təltif olunublar.

Elçin ABBASOV

XQ

 

İdman