18 yaşlı qızlardan ibarət voleybol millimiz Estoniya ilə qarşılaşacaq

post-img

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirəcək.

Azərbaycan Voleybol Federasiyasından XQ-yə bildirilib ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Yığmamız daha əvvəl Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

 

Elçin ABBASOV

XQ

İdman