"Cəlilabad" ikinci qələbəsini qazanıb

post-img

Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turunun növbəti oyunu baş tutub. 

XQ Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, "Şəki" klubu doğma azarkeşləri önündə "Cəlilabad" basketbolçularını qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyünü ələ alan "Cəlilabad" səfərdən 97-61 hesablı parlaq qələbə ilə ayrılıb. 

Ən məhsuldar basketbolçular "Şəki" klubunda Kamal İmamverdiyev (16 xal, 4 ribaund), "Cəlilabad"ın heyətində isə Rişon Conson (27 xal, 5 ribaund) olublar.

 

Elçin ABBASOV

XQ

 



İdman