FHN əməkdaşı dünya çempionatında bürünc medal qazanıb

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo idman növü üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib. Məlumat nazirlikdən verilib. 

Ölkəmizi 81 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Zülfüqar Hüseynov təmsil edib. O, dünya çempionatında uğurlu çıxış edərək bürünc medal qazanıb.

Qeyd edək ki, Z.Hüseynov bu il Sloveniyanın Podçetrtek şəhərində keçirilmiş Avropa çempionatının qalibi olub.

P.ƏMİRCANOV

XQ



İdman