Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

post-img

Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının sonuncu günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev turnirin finalına çıxıb.

100 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında mübarizə aparan rusiyalı Matvey Kanikovskiyə qalib gəlib.

Həlledici qarşıdurmada Z.Kotsoyev gürcü İlya Sulamanidze ilə görüşəcək.

Komanda üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) medalsız qalıblar.

Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan komandasının tərkibində Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.

XQ

İdman