Şamaxıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş türkdilli ölkələr arasında badminton üzrə beynəlxalq turnir keçiriləcək.
Turnir noyabrın 6-8-də Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan təmsilçiləri də iştirak edəcəklər.
İdmançılar beş kateqoriya üzrə mübarizə aparacaqlar.
XQ

