Qılıncoynatma – 1 medal

post-img

Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə yeniyetmə qılıncoynadanlarımız uğurla çıxış edərək gümüş medal qazanıblar. 

Azərbaycan Qılıncoynatma Federasiyasından “XQ”yə bildirilib ki, Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət yığmamız ilk görüşdə Almaniya komandasına 45:28 hesabı ilə qalib gələrək ən güclü “səkkizliy”ə düşüb. Millimiz finala gedən yolda Türkiyənin üçün­cü komandasını, eləcə də Gürcüstan ilə Fransa sablyaçılarının birgə təmsil olunduğu kollektivləri, müvafiq olaraq 45:44 və 45:38 hesabı ilə məğlub edib. Həlledici görüşdə Türkiyə millisinə 30:45 he­sabı ilə uduzan yığmamız gümüş medalla kifayət­lənib.

Leyla SABİRQIZI 
XQ

İdman