Yunan-Roma güləşi –3 medal

post-img

Yunan-Roma güləşçilərimiz U-23 dünya çempionatının son günündə 1 gümüş, 2 bürünc medal qazanıblar. 

Albaniyanın pay­taxtı Tiranada keçi­rilən mundialın son günündə Fərid Sa­dıxlı (55 kq) bürünc medal uğrunda gö­rüşdə rumıniyalı De­nis Florinə tam üs­tünlüklə (10:0) qalib gələrək dünya üçün­cüsü olub.

Xasay Həsənli (77 kq) 1/8 finalda macarıstanlı Atti­la Toeşmaqiyə (9:1), 1/4 finalda hindistanlı Dipak Puniyaya (tuş), yarımfinalda isə gürcüstanlı Xviçe Ananidzeyə (9:0) tam üstünlüklə finala yüksəlib. Həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşan Xasay 1:3 hesabıyla uduzub və U-23 dünya çempionatını gümüş medalla başa vurub.

Komandamızın digər üzvü Sərxan Məmmədov (130 kq) bürünc medal uğrunda görüşdə yunanıs­tanlı Apostolos Tsivolosa heç bir şans verməyib və 10:0 hesablı qələbə ilə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 

Leyla SABİRQIZI 
XQ

İdman