Stolüstü tennis – 8 medal

post-img

Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” turnirində Azərbaycanın stolüstü tennisçiləri 8 medal qazanıblar. 

Qızıl medalı yığmamızın aktivinə Aylin Əs­gərova yazdırıb. Adil Əhmədzadə və Tunar Ba­ğırov gümüş medala sahib olublar. Xədicə Eyla­zova, Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə isə 3-cü yeri tutublar. 

Leyla SABİRQIZI 
XQ

İdman