Gücümüz bir qola çatdı

post-img

Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada Leverkuzenin “Bayer” və Ağdamın “Qarabağ” komandaları qarşılaşıblar.

“Bay Arena”da keçirilən oyunda meydan sahibləri 5:1 hesabı ilə irəli çıxaraq daha güclü olduqlarını nümayiş et­diriblər. Rəqibə müqavimət göstərən “Qarabağ”ın isə yal­nız bir qol vurmağa gücü çatıb. Həmin qola 11 metrlik cərimə zərbəsindən Toral Bayramov imza atıb.

Oyundan sonra “Qara­bağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib:

– Çox yaxşı bir komandaya məğ­lub olduq. Futbolçularımız çox əziy­yət çəkdilər. Rəqib topla çox yaxşı davranırdı. Bunu əvvəldən də gör­müşdük. Həddindən artıq yaxşı ko­mandadır. Bütün xətlərdə ustalıq sə­viyyəsi aşağıda olan futbolçu yox idi. Bundan başqa, oyun sistemlərini də yaxşı yerinə yetirirdilər. Reallığa bax­malıyıq. Səviyyə fərqi elə-belə deyil.

XQ

İdman