B İ L D İ R İ Ş

post-img

Ləğv prosesində olan “Muğan Bank” ASC -nin kreditorlarının nəzərinə!

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/202 nömrəli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.

27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Mu­ğan Bank” ASC-yə qarşı tələblə­rin yazılı şəkildə qeydə alınmasına başlanılacaqdır. "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu­nun tələbləri nəzərə alınmaqla, müf­lis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qə­rarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğ­vedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məlumat üçün bildiririk ki, tələblərin qeydə alınması üçün kre­ditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov (ipo­teka) və ya qarantiya barəsində mə­lumat.

Ləğv prosesində olan “Muğan Bank” ASC–nin kreditor­larından xahiş olunur ki, 25 dekabr 2023-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünva­na müraciət etsinlər:

Ləğv prosesində olan “Muğan Bank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.

Əlaqə: (+994) 941.

Reklam və elan