İcma: Yeganə məqsədimiz dədə-baba yurdlarımıza dinc şəkildə qayıtmaqdır

post-img

Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir.

Bu fikirlər Qərbi Azərbaycan İcma­sının mövzu ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda, həmçinin vurğulanır ki, Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenli­yinə və ərazi bütövlüyünə qarşı iddiası yoxdur və yeganə məqsədi azərbay­canlıların Ermənistandakı dədə-baba yurdlarına dinc şəkildə qayıdışını təmin etməkdən ibarətdir.

XQ

Siyasət