Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 380 Bakı şəhəri, 25 oktyabr 2023-cü il

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası­nın və həmin Təhsil Qrantının məb­ləğinin təsdiq edilməsi haqqında

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edil­məsi haqqında” Azərbaycan Respubli­kası Prezidentinin 2023-cü il 8 iyul ta­rixli 3956 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

1. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın məbləği” təsdiq edil­sin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Res­publikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respub-likasının Ma­liyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları