Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 379 Bakı şəhəri, 25 oktyabr 2023-cü il

“Bakı şəhər Baş Səhiyyə İdarə­sinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksi­yasına yoluxmuş xəstələrə ambula­tor-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarix­li 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial mü­dafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarə­sinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infek­siyasına yoluxmuş xəstələrə ambu­lator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992, № 11, maddə 1404; 2021, № 1, maddə 102, № 4, maddə 412, № 7, maddə 883, № 8, mad­də 963, № 10, maddə 1168, № 12, maddə 1540; 2022, № 3, maddə 260, № 4, maddə 418, № 6, maddə 667, № 8, maddə 963, № 9, maddə 1094, № 12, maddə 1537; 2023, № 1, mad­də 142, № 3, maddələr 434, 441, № 5, maddə 728; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 288 nömrəli Qərarı) 2-ci hissəsində “2023-cü il oktyabrın 2-dək” sözləri “2024-cü il yanvarın 2-dək” söz­ləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları