Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 381 Bakı şəhəri, 25 oktyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral ta­rixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və ve­rilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarix­li 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532, № 7, maddələr 1318, 1334; 2020, № 10, maddə 1269, № 11, maddə 1389; 2022, № 4, maddə 382, № 9, maddə 1100, № 12, maddə 1552; 2023, № 6, maddə 846) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydala­rı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin: 

“1.4. Bu Qaydaların məqsədləri üçün tələb olunan sənədlərin və ya mə­lumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatla­rın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsa­sında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

2. 2-ci hissə üzrə:

2.1. 2.1-ci bəndin üçüncü cümləsi dördüncü cümlə hesab olunsun və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemin­dən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəz­ləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür.”;

2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Təmsilçilik barədə ərizə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qü­vvədədir.”;

2.3. 2.2-ci bənddə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” in­ternet portallarında” sözləri “Elektron Hökumət İnformasiya Sistemi və ya Nazirliyin “e-sosial” internet portalında” sözləri ilə, “Nazirliyin Mərkəz­ləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS)” sözləri “VEMTAS-a” sözü ilə əvəz edilsin.

3. 3-cü hissə üzrə: 

3.1. 3.2-ci bənddə “Elektron hökumət” portalı” sözləri “Elektron Hö­kumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin;

3.2. 3.3-cü bənddən “ünvanlı” sözü çıxarılsın;

3.3. 3.4-cü bəndin birinci cümləsində “, foto çəkilişi və səs yazısı” söz­ləri “və foto çəkilişi” sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin: 

“3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müd­dəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosi­al yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.”;

3.5. 3.7.5-ci yarımbəndə “bölməsi” sözündən sonra “və ya Mərkəz” söz­ləri əlavə edilsin;

3.6. aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin: 

“3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailə­nin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunma-sından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zama­nı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi apa­rılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır:

3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olma­dıqda;

3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə.”.

4. 4-cü hissə üzrə:

4.1. 4.4-cü bənddə “Təmsilçinin müraciəti əsasında” sözləri “15 (on beş) iş günü müddətində” sözləri ilə əvəz edilsin;

4.2. 4.5-ci bənddə “Sosial” sözü “Təmsilçi vəfat etdikdə, habelə sosial” sözləri ilə, “Təmsilçinin” sözü “ailənin” sözü ilə əvəz edilsin;

4.3. aşağıdakı məzmunda 4.8-1-ci bənd əlavə edilsin: 

“4.8-1. Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır:

4.8-1.1. ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə;

4.8-1.2. ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla);

4.8-1.3. ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müd­dətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda;

4.8-1.4. bu Qaydaların 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərində qeyd olu­nan müddətlər başa çatdıqda.”.

5. 5-ci hissə üzrə:

5.1. 5.1-ci bəndin ikinci cümləsindən “və yaxud əldə oluna biləcək” söz­ləri çıxarılsın;

5.2. 5.2-ci bənd ləğv edilsin;

5.3. 5.3-cü bənddə “və mənbəyi bəlli olan digər mənbələrdən (o cüm­lədən bilavasitə yerində araşdırmaqla)” sözləri “mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çə­kiliş üzrə məlumatlardan)” sözləri ilə əvəz edilsin;

5.4. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər və kompensasiya xarakterli ödənişlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci ya­rımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, aliment, sığorta ödə­nişi aiddir.”;

5.5. 5.22-ci bənddə qeyd olunan hesablama qaydasında “30” rəqəmləri “32.6” rəqəmləri ilə, “11.7” rəqəmləri “15.6” rəqəmləri ilə, “6.1” rəqəmləri “7.2” rəqəmləri ilə əvəz edilsin;

5.6. 5.24.3-cü yarımbəndə “müavinətlər” sözündən sonra “və kom­pensasiyalar” sözləri əlavə olunsun və həmin yarımbənddə “və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət” sözləri “, penitensiar müəssisələrdə cəza çək-məkdən azad edilmiş şəxs­lərə birdəfəlik müavinət və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət və paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası” sözləri ilə əvəz edilsin.

6. 7-ci hissə ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş nazir

Nazirlər kabinetinin qərarları