Əli Əsədov Tbilisidə İrakli Qaribaşvili ilə görüşüb

post-img

Oktyabrın 26-da Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. 

Ə.Əsədov Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirib, regio­nal və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini vur­ğulayıb.

Görüşdə iki ölkə arasında dövlət­lərarası əlaqələrin inkişafından məm­nunluq ifadə olunub, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvi­linin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığı təqdir edərək, cari ilin 9 ayında qarşı­lıqlı ticarətin həcminin 12 faizdən çox artdığını vurğulayıblar.

İnvestisiya əməkdaşlığının artırıl­masının vacibliyi qeyd olunaraq Azər­baycanın Gürcüstanın ən böyük inves­torlarından biri olduğu məmnunluqla vurğulanıb. Həmçinin ölkəmizdə əlve­rişli investisiya mühiti barədə məlumat verilib. 

Enerji sektoru ikitərəfli əməkdaş­lığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı–Tbi­lisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azər­baycanın, həm də Gürcüstanın iqtisadi tərəqqisinə mühüm töhfə verir. 

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transfor­masiyasına xidmət etdiyi, regionun si­yasi, iqtisadi, nəqliyyat və enerji xəritə­sini dəyişdiyi bildirilib. Tərəflər hər iki ölkənin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndi­rilməsinə böyük əhəmiyyət verdiklərini təsdiqləyərək Orta Dəhlizin artan əhə­miyyətini xüsusi vurğulayıblar. Azər­baycan və Gürcüstandakı dəniz liman­ları Orta Dəhlizin mühüm halqaları kimi qiymətləndirilib. 

Eyni zamanda, hər iki ölkənin iştira­kı ilə həyata keçirilən “Yaşıl enerji dəh­lizi" layihəsinin Avropanın enerji təh­lükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.

Ə.Əsədov Gürcüstanda Azərbay­can xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə görə təşəkkürünü ifadə edib. Bu baxımdan, Prezident İlham Əliyevin bu ay Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Ulu öndə­rin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərginin təşkilinin əhəmiy­yəti vurğulanıb.

XQ

Son xəbərlər