Rusiya Ermənistan mediasından narazıdır

post-img

Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

Bu barədə Rusiya XİN-in rəsmi nü­mayəndəsi Mariya Zaxarova Moskvada keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Ermənistanın Moskvada­kı müvəqqəti işlər vəkili oktyabrın 25-də XİN-ə çağırılıb və Ermənistan mətbuatın­da Rusiya rəhbərliyi, diplomatları, sülh­məramlıları barədə dərc edilən xoşagəl­məz materiallar onun diqqətinə çatdırılıb.

M.Zaxarova vurğulyıb ki, Ermənistan­da hakimiyyətin nəzarəti altında olan KİV-in, teleqram kanallarının da qoşulduğu antirusiya kampaniyasının yolverilməzli­yinə diqqət çəkilib.

XQ

Sosial həyat