Azərbaycanın mina problemi ABŞ-da müzakirə edilib

post-img

Azərbaycanın ABŞ-dakı Səfirliyi, ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ-ın Ayova ştatında “Norman Borloq Beynəlxalq Ərzaq Təhlükəsizliyi üzrə Dialoq” tədbirində iştirak edib.

Tədbir çərçivəsində ərzaq təhlükəsiz­liyinin bir hissəsi kimi təsərrüfata yararlı torpaqların becərilməsi üçün ərazilərin minalardan təmizlənməsinin əhəmiyyəti vurğulanıb, qabaqcıl təcrübələr təqdim edilib. Həmçinin, Azərbaycan nümayən­də heyəti dünyanın tanınmış beynəlxalq qurumlarının təmsilçiləri ilə görüşlər ke­çirib, ölkəmizin mina problemi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə mə­lumat verib. 

XQ

Siyasət