"Neftçi" rəhbərliyi: Mutu ilə bağlı yazılanlar yalandır

post-img

Bu gün "Hyat Regency" otelində "Neftçi" PFK-nın yeni təyin olunmuş idman direktoru Yens Anderssonun təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran "Neftçi" klubunun baş icraçı direktoru Fərrux Mahmudov komandanın baş məşqçisi Adrian Mutu ilə bağlı mediada yayılan şayiələrə toxunub. O, bəzi media qurumlarında guya "Neftçi" klubunun Mutu ilə yolları ayıracağını yazdığını və bunun həqiqətə uyğun olmadığını söyləyib.

Fərrux Mahmudov baş məşqçi Adrian Mutu ilə komanda arasında hər hansı bir fikir ayrılığının olmadını və "Neftçi" klubunun rumıniyalı mütəxəssisin dəstəyində dayandıqlarını diqqətə çatdırıb.

Elçin ABBASOV
XQ

İdman