"Neftçi" gələn ay "Zenit"lə yoldaşlıq oyunu keçirəcək

post-img

Bu gün "Hyat Regency" otelində "Neftçi" PFK-nın yeni təyin olunmuş idman direktoru Yens Anderssonun təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran "Neftçi" klubunun baş icraçı direktoru Fərrux Mahmudov komandanın Moskva "Spartak"ı ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı sualı cavablandırıb. 

F.Mahmudov bildirib ki, "Neftçi" klubu növbəti dəfə Moskva "Spartak"ı ilə yoldaşlıq oyunu keçirə bilər. O, Rusiya təmsilçisi ilə danışıqların davam etdiyini söyləyib.

Xatırladaq ki, "Neftçi" klubu yayda Moskvada "Spartak"la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. 

Onu da əlavə edək ki, "ağ-qaralar" noyabrın 18-də Bakıda "Zenit" klubu ilə yoldaşlıq görüşü keçirəcək.

Elçin ABBASOV
XQ

İdman