"Neftçi"-nın yeni idman direktoru ictimaiyyətə təqdim edilib

post-img

Bu gün "Hyat Regency" otelində "Neftçi" PFK-nın yeni təyin olunmuş idman direktoru Yens Anderssonun idman ictimaiyyətinə təqdimat mərasimi keçirilib.

Tədbirdə "Neftçi" PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, A komandasının  baş məşqçisi Adrian Mutu iştirak ediblər. 

Mərasimi açıq elan edən "Neftçi" PFK-nın mətbuat katibi Emin Əfəndi qonaqları salamlayıb. Sözü klubun baş icraçı dierktoru F. Mahmudova verib.

Baş icraçı direktor komandanın qarşıya qoyduğu məqsədlər və qarşıdakı oyunlar barədə qısa məlumat verdiksən sonra Yens Anderssonu jurnalistlərə təqdim edib.

Qeyd edilib k ki, Yens Andersson ötən ay "Neftçi" klubu ilə 2 illik müqavilə imzalayıb. Avropanın tanınmış futbol funksionerlərindən olan 50 yaşlı mütəxəssis bunadək "AİK Solna" (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın  "Hayduk Spilit" (2013), Danimarkanın "Aarhus" (2014-2016) kimi klublarında və İsveç milli komandaaında (2022-2023) idman direktoru vəzifəsində çalışıb.

Elçin ABBASOV
XQ

İdman