İordaniya kraliçası Qərbi ikili standartlarda ittiham edib

post-img

İordaniya kraliçası Rania Qərb ölkələrini İsrailin Qəzza zolağına endirdiyi zərbələr zamanı mülki şəxslərlə bağlı ikili standartlarda ittiham edib.

CNN-in məlumatına görə, İordaniya kraliçası telekanala müsahibəsində qeyd edib ki, fələstinli analar öz uşaqlarını dünyanın digər anaları kimi sevirlər.

“Düşünürəm ki, bütün Yaxın Şərqdəki insanlar, o cümlədən İordaniya dünyanın bu fəlakətə reaksiyasından şoka düşüb və məyus olublar. Son iki həftədə biz dünyada ikili standartların şahidi olduq”, - İordaniya kraliçası bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya