UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Bayer”in qonağı olacaq

post-img

Ağdamın "Qarabağ" klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

XQ UEFA-nın saytına istinadən xəbər verir ki, "köhlən atlar" səfərdə Almaniyanın “Bayer 04” klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Bay Arena”da təşkil olunacaq matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Horatiu Feşniç olacaq.

Elçin ABBASOV
XQ

İdman