Avropa çempionatında 4 qızıl medal

post-img

İspaniyanın paytaxtı Madriddə “Arnold Classic Europe” idman festivalı çərçivəsində keçirilən pauerliftinqin WRPF versiyası üzrə Avropa çempionatında Azərbaycan idmançıları 4 qızıl medal qazanıblar. 

Komandamızın üzvü Vüqar Namazov (140 kq) master kateqoriyasında “deadlift” hərəkəti üzrə 330 kiloqram nəticə ilə çempion adını qazanıb. Koman­damızın aktivinə digər qızıl medalı yeniyetmələr ara­sında mübarizə aparan İlkin Namazov (125 kq) “benç press” hərəkətində 152,5, “deadlift”də isə 230 kiloq­ram nəticə göstərərək yazdırıb. Ramil Əhmədov (100 kq) “Open” kateqoriyasında, ümumilikdə 815 kiloqram göstərici ilə Avropa çempionu olub. O, “squat” hərəkə­tində 310, “benç press”də 205, “deadlift”də isə 300 ki­loqramın öhdəsindən gəlib. Vüsal Ağalarov isə “Open” kateqoriyasında 100 kiloqram çəki dərəcəsində rəqib­lərini üstələyərək 850 kiloqram göstərici ilə fəxri kürsü­nün ən yüksək pilləsində yer alıb. 

Leyla SABİRQIZI 
XQ

İdman