Gimnastlarımız 7 medal qazanıblar

post-img

Azərbaycan gimnastları Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən “Friendship-2023” beynəlxalq turnirində uğurla çıxış edərək 7 medal qazanıblar. 

Azərbaycan Gimnastika Federasiyasından “XQ”yə bildiriblər ki, ənənəvi “Dostluq yarışı”nda batut gim­nastikası üzrə milli komandamız Fərhad Mustafayev, Ayan Şabanova, İbrahim Mustafazadə, Ammar Bax­şaliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev, Ömər Qasımlı, Samirə Hüseynova, Nicat Mirzəyev təmsil ediblər.

Gimnastlarımızdan sinxron proqramda çıxış edən Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü qızıl medallara sa­hib olublar. Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş medal qazanıblar. Hüseyn Abbasov fərdi proqramda ikinci yeri tutub. 

Leyla SABİRQIZI 
XQ

İdman