“Azərreyl” qələbə ilə başladı

post-img

“Azərreyl” klubu avrokuboklarda 2023/2024 mövsümünə qələbə ilə start verib. 

Qadın voley­bolçulardan ibarət komandamız Çe­lenc Kubokunun 1/32 final mərhələ­sinin ilk oyununda inamla çıxış edib. Gənclər və İdman Nazirliyinin Voley­bol Mərkəzində Ukraynanın “Balta” klubunu qəbul edən “Azərreyl” rəqib üzərində 3:0 he­sablı qələbə qazanıb. 

Komandalar cavab oyununda eyni məkanda okt­yabrın 18-də üz-üzə gələcəklər.

Leyla SABİRQIZI 
XQ

İdman