ABL-də yeni mövsümün açılış mərasimi keçirilib

post-img

Bu gün Azərbaycan Basketbol Liqaaında 2023-2024-cü illər mövsümünün açılış mərasimi keçirilib. XQ-xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, İdman ictimaiyyətinin nümayəndələri, həmçinin, klubların rəhbərləri iştirak ediblər.

İlk olaraq ötən mövsüm ərzində Azərbaycanda keçirilən yarışlar, millilərinin və klubların iştirak etdikləri beynəlxalq turnirlər, aparılan seleksiya işləri barədə məlumat verilib.

Daha sonra tədbirdə "Sərhədçi" klubunun prezidenti Firdovsi Umudov, Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev çıxış ediblər. Onlar Azərbaycanda basketbolun kütləviləşdiyini və inkişaf etdiyini bildiriblər. 

Sonda basketbol hakimləri, tibb işçiləri təltif ediliblər.

Liqanın yeni mövsümündə 10 komanda - “Sabah”, "NTD-İndiqo" (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparacaqlar. Oktyabrın 22-də startı veriləcək çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar "pley-off"a vəsiqə qazanacaqlar.

Elçin ABBASOV
XQ

İdman