Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.
Oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı millimizin oyunu Klaksvik şəhərindəki “Djupumyru” stadionunda, 31-də Monteneqro millisinə qarşı matç isə “Dalğa Arena”da təşkil olunacaq.
Leyla SABİRQIZI
XQ