Boksçumuz finalda

post-img

Monteneqronun Budva şəhərində keçirilən Avropa kuboku yarışında Azərbaycan boksçusu Malik Həsənov (63 kq) finala çıxıb.

Azərbaycan təmsilçi­sinin rəqibinin – Ahmat Ştivinin (İsrail) döyüşdən imtina etməsi səbəbindən Malik Həsənov yarımfinal­da döyüşmədən həlledici mərhələyə vəsiqə qazanıb. O, qızıl medal uğrunda İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün qalibi ilə mü­barizə aparacaq. 

 

Leyla SABİRQIZI 
XQ

İdman