Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
“A. Le Koq Arena”da təşkil olunan matçda yığmamız 2:0 hesablı qələbə qazanıb. Oyunda hesab Toral Bayramovun vurduğu qolla 9-cu dəqiqədə açılıb. 45+4-cü dəqiqədə isə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edib.
Beləliklə, millimiz seçmə mərhələdə ilk qələbəsini qazanıb. Bununla da F qrupunda yer alan komandamızın xallarının sayı 4-ə çatıb. 1 xalı olan Estoniya isə sonuncu pillədədir.
Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan yığması Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya ilə qarşılaşacaq.
Leyla SABİRQIZI
XQ