Göyçayda şəhid ailəsi ziyarət edildi

post-img

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsi şəhidi Elvin Mikayılovun ailə üzvləri ilə görüşüb. 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibə­sində düşmən üzərində şanlı Zəfər qa­zanılmasından danışıb. O, şəhid ailələ­rinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayaca­ğını diqqətə çatdırıb.

Görüşdə şəhid qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılıb, onların xatirələri anılıb. Rayon rəhbəri şəhid ailə­sinin qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin atası Nizami kişi onlara göstə­rilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İlqar HƏSƏNOV
XQ

Sosial həyat