Qarabağ bölgəsində sakinlərə tibbi xidmət davam etdirilir

post-img

Ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Klugenin başçılıq etdiyi nümayəndə heyəti ilə Səhiyyə Nazirliyində keçirilən görüşdə təşkilatın Aİ-dəki nümayəndəsi Oksana Domenti, Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmançı, kommunikasiya məsələləri üzrə mütəxxəsisi Roy Vaidaya iştirak ediblər.

Səhiyyə naziri Teymur Musayev ölkə­mizin Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığa önəm verdiyi­ni qeyd edib. O, Azərbaycanın nüfuzlu səhiyyə təşkilatı ilə sıx əməkdaşlığının hər il yüksələn xətlə inkişaf etdiyini vur­ğulayıb. Nazir ölkə başçısının tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yerli əhalinin tibbi ehtiyaclarının qarşılanması məsələsinin mərkəzləşdirilmiş qayda­da həlli ilə bağlı tədbirlərin həyata keçi­rildiyi də diqqətə çatdırıb. Qeyd edib ki, Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Müvəqqəti İdarəetmə Mərkəzi bölgədə artıq müvafiq tibbi xid­mətlərin təşkilinə başlayıb. Bu məqsədlə Xankəndiyə ixtisaslaşdırılmış tibbi heyət, təcili yardım briqadası ezam olunub.

Təşkilatın Avropa üzrə regional direk­toru Hans Kluge təmsil etdiyi təşkilatın ölkəmizlə 30 ildən artıq uğurlu əmək­daşlıq etdiyini, Qarabağ bölgəsində ya­şayan yerli əhaliyə psixoloji reabilitasiya ilə bağlı yardımların və digər zəruri tibbi xidmətlərin göstərilməsinə hazır olduğu­nu bildirib.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat