“Procter&Gamble” atletlərimizi dəstəkləyəcək

post-img

Paris Yay Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı “Procter&Gamble” şirkəti Azərbaycan milli komandasının bu oyunlarda iştirakını dəstəkləyəcək.

Bununla bağlı qlobal şirkət Milli Olimpiya Ko­mitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) ilə müqavilə imzalayıb. “Procter&Gamble” şirkəti­nin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru İrakli Qabriadze, MOK-un vitse-preziden­ti Çingiz Hüseynzadə və MPK prezidenti Hidayət Abdullayev müqaviləyə imza atıblar. İmza mərasi­mində tərəflərin rəhbərlik və təmsilçiləri, idmançılar və media nümayəndələri iştirak ediblər. 

“Procter&Gamble” şirkəti Azərbaycanı təmsil edən idmançıların Olimpiya və Paralimpiya oyunla­rında iştirakını təmin etmək üçün müqavilə çərçivə­sində müəyyən öhdəliklər yerinə yetirəcək. 

Müqaviləyə əsasən, şirkət 13 paralimpiyaçı və 12 olimpiyaçı olmaqla, 25 atleti dəstəkləyəcək. 

 

Leyla SABİRQIZI 
XQ

İdman