Qaliblərimiz Vətənə geri dönür!

post-img

4-8 oktyabrda Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında yüksək nəticə əldə edən cüdolarımız Vətənə qayıdır.

Azərbaycan Cüdo Federasiyasından XQ-yə bildirilib ki, cüdoçularımız oktyabrın 10-u saat 5:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəklər. 

İdman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər çempion komandanı qarşılamaq üçün qaeşılanma mərasimində içtirak edə bilərlər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 1 qızıl və 2 gümüş medal olmaqla 3 medal qazanıblar.

Elçin ABBASOV

XQ

İdman