Bakıda kəmər güləşi

post-img

Bakıda keçirilən kəmər güləşi üzrə üçüncü Avropa çempionatında Azərbaycan komandası uğurla çıxış edir. 

Yarışın birinci günündə milli komandanın 17 üzvü fəxri kürsüyə qalxıb. Yığmamızın aktivinə ən yüksək mükafatı 76 kiloqram çəki dərəcəsində çıxış edən Gözəl Zutova yazdırıb. Xanım təmsilçimiz qızıl medal qazanıb. Qadınlar arasında Pərvin Hüseynova (76 kq) gümüş, Mələkxanım Məmmədova, Fidan Əliyeva (hər ikisi 52 kq), Bəsti Səfərova (58 kq), Aytac Quliyeva (hər ikisi 58 kq), Diana Şoranova (66 kq) və Şəhla Allahverdiyeva (76 kq) isə bürünc medala sahib olublar.

Kişilər arasında Eyvaz Baxşıyev (62 kq), Tərlan Ağayev (75 kq), Namiq Abbaslı (57 kq), Soltan Ağayev (82 kq) ikinci, Elnur Abdullayev (57 kq), Əli Mikayılov (75 kq), Əli Hümbətzadə (82 kq), Nihad Məmmədzadə (90 kq) və Nihad İsgəndərli (90 kq) isə üçüncü yerlərdə qərarlaçşıblar. 

Yarış oktyabrın 4-dək davam edəcək.

Leyla SABİRQIZI 
XQ

 

İdman