Millimizin reytinqinə  Zöhrə Ağamirova başçılıq edir

post-img

Olimpiya idman növləri üzrə millimizin oktyabrın 1-nə olan reytinq cədvəli açıqlanıb. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Xalq qəzeti”nə bildirilib ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 540 xalla ikincidir. Stend atıcılığı üzrə yığma (MİX) üçüncü sırada qərarlaşıb. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən, reytinq xalları hesablanır. Belə ki, xallar idman növləri üzrə beynəlxalq yarışlarda tutulan yerlərə uyğun olaraq hesablanır.

Leyla SABİRQIZI 
XQ

İdman