“Neftçi” futbol klubunun yeni strukturu

post-img

“Neftçi” futbol klubunun yeni strukturu təsdiqlənib. 

Müşahidə Şurasının rəhbərliyi ilə fəaliyyət göstərən klubun baş icraçı direktoru Fərrux Mahmudovdur. Mü­şahidə Şurasının idman üzrə müşavi­ri vəzifəsini Kamil Məmmədov yerinə yetirir.

Yeni departamentlərin qruplaş­dırıldığı strukturda idman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə di­rektor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi”nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Bu struktura əsasən, departamentlər baş icraçı di­rektora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.

Leyla SABİRQIZI
XQ

İdman