Beynəlxalq turnirdə 6 medal

post-img

Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.

Yarışda Azərbaycan millisi 6 me­dal qazanıb. Yığmanın heyətində Zeynəb Rəhimova (54 kq) finalda ru­siyalı Ulyana Savronu məğlub edərək qızıl medala sahib olub. 

Tural Sarıyev (48 kq), Nicat Hü­seynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) isə 3-cü yeri tu­tublar. 

Leyla SABİRQIZI
XQ

 

İdman