“Böyük dəbilqə”də yüksək nəticə

post-img

Bakıda, Milli Gimnastika Arenasında təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri Azərbaycan komandası üçün böyük uğurla başa çatdı. Olimpiya tsiklinin sonuncu ili olduğundan turnirdə rəqabətin səviyyəsi əvvəlki illərdən yüksək olacağı əvvəlcədən aydın idi. Təsadüfi deyildi ki, “Böyük dəbilqə”də dünya reytinqinin liderləri, həmçinin çoxlu sayda Olimpiya, dünya və Avropa çempionları iştirak edirdilər. 

61 ölkədən 400-dən çox idmançı­nın mübarizə apardığı yarışda Azər­baycan cüdoçuları 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Qızıl me­dalları komandamızın aktivinə Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tkçayev (81 kq) yaz­dırıblar. Leyla Əliyeva (48 kq) gümüş, Zelim Kotsoyev (100 kq) bürünc me­dala sahib olublar. 

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşq­çisi Elxan Məmmədov müsahi­bəsində yığmamızın çıxışını çox yüksək qiymətləndirdiyini deyib. O qeyd edib ki, cüdoçularımız əla nə­ticə göstərib, Paris Olimpiadasına vacib lisenziya xalları qazanıblar. Mütəxəssis yığma üzvləri arasın­da Zelim Tçkayevin (81 kq) çıxı­şını xüsusi vurğulayıb. Onun mü­barizəsinin xoş təsir bağışladığını söyləyib: “Zelim istedadlı cüdoçu­dur. Yarışda sonadək mübarizə apardı və ən yüksək mükafatı əldə etdi. Komandamız inamlı təsir ba­ğışladı. Bu, cüdoçularımızın yarışa yüksək hazırlığı ilə bağlıdır”. 

Baş məşqçi komandanın təcrü­bəli üzvü Hidayət Heydərovun (73 kq) qızıl medal qazanmaq üçün səylərini əsirgəmədiyini bildirib: “Hidayət Heydərov təcrübəlidir və yüksək texnikası var. O məhz bu üstünlüyündən də rəqiblərinə qarşı yararlandı”. Elxan Məmmədov onu da bildirib ki, idmançının yüksək nailiyyətində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin də payı çox­dur. Məhz 73 kiloqram çəki dərə­cəsində E.Məmmədlinin Olimpiya çempionu olduğunu xatırladan mütəxəssis onun hər zaman mil­limizə dəstək olduğunu deyib: “Elnur Məmmədli Hidayət Hey­dərovla öz təcrübəsini, taktikasını bölüşür, onunla əlavə məşğul olur. Düşünürəm ki, Elnur Məmmədlinin Hidayətin yanında olması cüdo­çumuzun özünəinamını daha da artırıb”. 

Komandamızın aktivinə qızıl medal yazdıran Hidayət Heydərov müsahibəsində bütün qarşılaşma­ların çətin keçdiyini bildirib. Qeyd edib ki, çempion olmağı qarşıya məqsəd qoyduğu üçün sona qə­dər inadla mübarizə aparıb: “Qalib olmağı qarşıya məqsəd qoymuş­dum. Rəqiblərim güclü idilər. Bi­lirdim ki, potensialımdan maksi­mum istifadə etsəm, hədəfə çata bilərərm. Onu da deyim ki, doğma şəhərdə mübarizə əlavə məsu­liyyət tələb edir. Ən çətin görüş yarımfinaldakı qarşılaşma oldu. Sevinirəm ki, azarkeşlərin ümidini doğruldub qızıl medal qazandım”. 

İdmançı hazırda əsas məqsə­dinin Paris Yay Olimpiya Oyunla­rına vəsiqə əldə etmək olduğunu deyib: “İndi əsas məqsədim Paris Oyunlarında iştirak üçün vəsiqə qazanmaqdır. Bu nüfuzlu turnirə vəsiqə uğrunda mübarizədə bütün səylərimi toplayacağam. 

Turnirdə 81 kiloqram çəki dərə­cəsində bürünc medala sahib olan Zelim Kotsoyev də turnirə qızıl medal qazanmaq üçün qatıldığını bildirib. Deyib ki, yaxşı formada ol­madığı üçün büdrəyib: “Yarış gər­gin mübarizə şəraitində keçdi. Çox istəyirəm ki, paytaxtımızda qalib olub, keçənilki nailiyyətimi təkrar­layım”.

Cüdoçu komandamızı qarşıda Avropa çempionatının gözlədiyini, həmin yarışa bütün gücünü səfər­bər edərək hazırlaşacağını bildirib. 

Beynəlxalq Cüdo Federasiya­sının (IJF) baş direktoru Vlad Ma­rinesku Bakıda təşkil olunmuş “Bö­yük dəbilqə” turnirini Dünya Cüdo Turunun incisi adlandırıb. Quru­mun baş direktoru yarışla bağlı hazırladığı məqaləsində yarışın əla nəticələrlə tarixə düşəcəyini bildirib: “Bakıda qazanılan yerlər, xallar qarşıdakı həftələrdə və ay­larda böyük rol oynayacaq. Zaman sürətlə irəliləyir. “Paris-2024” Yay Olimpiya Oyunlarına çox az vaxt qalıb. O an hələ yetişməyib, amma hiss edirik ki, tədbir artıq yaxınla­şır. Bütün nümayəndə heyətləri Paris görüşünə hazırlaşırlar”.

Qurum rəsmisi Olimpiya Oyun­ları yaxınlaşdığı və lisenziyaların tam sürətlə qazanıldığı bir vaxt­da, ilk növbədə, Azərbaycana və cüdo federasiyasına təşəkkür et­məli olduqlarını bildirib: “Bakı cüdo ailəsini qarşılayaraq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yüksək keyfiyyətli tədbirə evsahib­liyi etdi”.

Beləliklə, Bakıda yüksək sə­viyyədə təşkil olunmuş “Böyük dəbilqə” turnirində 5 medal qaza­nan komandamız ümumi hesabda birinci yeri tutaraq dünyanın ən inkişaf etmiş cüdo ölkələrinin yığ­malarını geridə qoyub. Gürcüstan 1 qızıl, 2 gümüş medalla 2-ci, Ya­poniya 1 qızıl, 1 gümüş, 2 bürünc medalla 3-cü pillədə qərarlaşıblar. 

“Böyük Dəbilqə” turniri başa çatdıqdan sonra idmançıların ye­nilənmiş dünya reytinqində qalib və mükafatçılarımız mühüm irəlilə­yiş əldə ediblər. Təcrübəli cüdoçu­muz Hidayət Heydərov liderliyini daha da möhkəmləndirib. 9 pillə irəliləyən Yaşar Nəcəfov 13-cü yerə yüksəlib. Zelim Tçkayev isə 14 pillə irəliləyərək 14-cü yerə qalxıb. Turnirdə gümüş medal qa­zanan Leyla Əliyeva (48 kq) da 9 pillə irəliləyib. Xanım cüdoçumuz 25-ci sıradadır. Bürünc medalçı Zelim Kotsoyev (100 kq) isə əvvəl­ki kimi ikinci yeri tutur. 

Leyla QURBANOVA
XQ



İdman