Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Yunan-Roma güləşi üzrə milli həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
İki qızıl, üç gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub.
Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kiloqram) ilə Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olub. Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kiloqramda Olimpiadaya lisenziya əldə edib.
L.AZAD
XQ