“Marsel Open” turnirində 5 medal

post-img

Fransada keçirilmiş “Marsel Open” turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər. Komandamızın üzvləri 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc olmaqla 5 medal qazanıblar. 

Qızıl medalları ko­mandamızın aktivinə Asiman Qurbanlı (+84 kq) və Əzim Rahib (+76 kq) yazdırıblar. Finalda uduzan Rəşid Süley­manov (76 kq) gümüş medalla kifayətlənib. Turqut Həsənov (84 kq) və Mədinə Sadiqova (55 kq) isə 3-cü yeri tu­tublar. 

Leyla SABİRQIZI
XQ

İdman